İnsanları ölümdən xilas edən teatr
Tamaşalar yerin 4 metr altındakı bomba sığınacağında səhnələşdirilir
Cəbhə xətti Ukraynanın Nikolayev şəhərindən 20 kilometr aralıda yerləşir. Şəhər davamlı olaraq bombalanır. Artıq burada 3 universitet və bir çox mədəniyyət müəssisəsi dağıdılıb.
Adından “rus” sözünü çıxaran Rus Dram Teatrının aktyorları yenidən işlərinə başlayıblar və indi bomba sığınacağında tamaşaçılar üçün teatrlaşdırılmış tamaşalar nümayiş etdirirlər.
Aktrisa Marina Vasilyeva deyir: “8 yaşlı uşağım olduğu üçün xaricə gedə bilərdim, amma başa düşürəm ki, ərim burada Nikolayevi orduda qoruyur, könüllülük əsasında işləri gedir. Mənə burada ehtiyac var”.
Yeraltı səhnə və minimalist dekorasiya müharibə qorxusundan fərqli bir şey yaşamaq istəyən insanlar üçün "art terapiya" formasıdır.
Tamaşaçı Aleksander Skotnikov: “İndi insanlar qorxanda və ruslar bizi bombalayanda teatr insanlara sevinc, təbəssüm bəxş edir, onları gələcək həyata və özünü təkmilləşdirməyə ruhlandırır”.
Qrup 450 nəfərlik teatr zalında oynamağa öyrəşib. İndi tamaşalar yerin 4 metr altındakı bomba sığınacağında səhnə uyğunlaşdırıblar. Tamaşaçıların zövqünə görə bunker teatrı cümə axşamından bazar gününə kimi gündə iki tamaşa nümayiş etdirəcək.
(Euronews)