Mədəniyyəti ilə fəxr edən ruslar
Kreml deyir ki, xarici qüvvələr rus mədəniyyətini “boğmağa” çalışır
Puşkin sürgün edildi;
Lermontov sürgün edildi;
Dostoyevski edam cəzasına məhkum edildi, sonra rəhm edib sürgün etdilər;
Tolstoy afaroz edildi;
Radişşevə ölüm hökmü verildi, sonra mərhəmət göstərib sürgün etdilər;
Gertsen sürgün edildi, ölkədən qovuldu;
Oqaryov həbs olundu, ölkədən qovuldu;
Çaadayevi təqib edə-edə dəli elan etdilər;
Qumilyov güllələndi;
Mandelştamı sürgün edib öldürdülər;
Svetayeva sürgün edilib intihara sövq edildi;
Xarms ruhi xəstəxanada aclıqdan öldü;
Pasternakı təqib edir, nəşr etmirdilər;
Babel işgəncəyə məruz qalırdı, güllələndi;
Bulqakov təqib edildi, nəşr olunmadı;
Mayakovski üç dəfə məhkəməyə çıxarıldı, həbs edildi;
Axmatova şərlənirdi, oğlu həbs edildi, əri öldürüldü;
Brodski sürgün edildi, ölkədən qovuldu;
Şalamov iki dəfə həbsdə yatdı;
Aksyonov ölkədən qovuldu;
Voynoviç təqib olundu, ölkədən qovuldu;
Korjavin sürgün edildi, ölkədən qovuldu;
Soljenitsın təqib olundu, sürgün edilib ölkədən qovuldu;
Dovlatovu təqib etdilər, ölkədən qovdular;
Ernst Neizvestnı təqib edildi, ölkədən qovuldu;
Bıkov təqib edildi;
Şenderoviç ölkədən qovuldu;
Akunin, Qluxovski, Ulitskaya, Şişkin mühacirət etməyə sövq edildilər.
İndi Kreml deyir ki, xarici qüvvələr rus mədəniyyətini “boğmağa” çalışır. Xaricilərə ehtiyac yoxdur ki! Ruslar bunu özləri zatən çox yaxşı edirlər…
Sinif yoldaşım göndərmişdi bunu. Paylaşmaq istədim, dedim siz də oxuyasınız…
Müəllif: İbrahim Nəbioğlu (publisist, araşdırmaçı)
Mənbə: “Facebook”