Azərbaycanda məhkumlara yeni hüquq verilir
Qısamüddətli görüşlərin videogörüşlərlə əvəz edilməsi nəzərdə tutulur
Azərbaycanda məhkumlara videogörüşlər keçirmək hüququ verilir. “Avronews” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində yer alıb.
Dəyişiklik epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda, məhkumun xahişi olduqda, qısamüddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.