İlham Əliyevdən Qazaxıstanla bağlı fərman

İlham Əliyevdən Qazaxıstanla bağlı fərman

Prezident Azərbaycanla Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq Sazişini təsdiq edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir:

  1. 2022-ci il avqustun 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.
  2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

(AZƏRTAC)