Zəngəzur dəhlizi bütün regionun inkişafına xidmət edəcək
Bəzi ölkələr öz iqtisadi maraqlarını siyasi iddialarına qurban verməkdən çəkinmir
Praqada Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq ərazi bütövlüyünün tanımaqları barədə bəyanatdan sonra bir sıra xarici aktorlar daha da aktivləşiblər. Son proseslər bir daha təsdiq edir ki, heç də bütün qlobal və ya regional güclər regionda sülhün əldə edilməsində maraqlı deyil. Regionda sülhdə maneə olmağa çalışanlar bütövlükdə Qafqazın inkişafında da maraqlı görsənmirlər.
Təbii ki, müzakirə edilən məsələlərdən biri də Zəngəzur dəhlizinin istifadəyə verlməsi ilə bağlıdır. İranın qısqanc, Rusiyanın müəmmalı yanaşmalarına baxmayaraq, Zəngəzur dəhlizi bütövlükdə daha geniş regionun inkişafına xidmət edəcək. Maraqlıdır ki, bəzi ölkələr öz iqtisadi maraqlarını siyasi iddialarına qurban verməkdən çəkinmir.
Qeyd edək ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisinədəki hissəsinin tikintisinin 60 faizindən çoxu artıq tamamlanıb. Təməli Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.
Qonşuların son bəyanatlarına və Ermənistandakı saxta revanşist meyllərə rəğmən Zəngəzur dəhlizinin reallaşması qaçılmazıdır. Bu, sadəcə zaman məsələsidir.
Müəllif: Vüqar Bayramov (deputat, iqtisadçı alim)
Mənbə: “Facebook”