Azərbaycan bir milyard manata yaxın borc alıb

Azərbaycan bir milyard manata yaxın borc alıb

Nazirlik: “Borclanma dövlət büdcəsinin kəsirinin bir hissəsini aradan qaldırmaq məqsədi daşıyıb”

2022-ci ildə Azərbaycanda daxili və xarici borclanma 976,3 milyon manat təşkil edib. “Avronews” bu barədə Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“Bu, 2021-ci illə müqayisədə 75,1 % çoxdur. Borclanma dövlət büdcəsinin kəsirinin bir hissəsini aradan qaldırmaq məqsədi daşıyıb. Ümumi məbləği 1 402,8 milyon manat olmuş kəsir həm də imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (259,7 milyon manat), dövlət əmlakının özəlləşdirməsindən (115,4 milyon manat) daxil olan vəsait, dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı (51,4 milyon manat) hesabına maliyyələşdirilib”, - deyə məlumatda bildirilir.