Neft bahalaşıb
“Qara qızıl”ın qiymətində artım olub
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,82 ABŞ dolları, yaxud 0,99 % artaraq 83,77 ABŞ dolları təşkil edib.
“Avronews” xəbər verir ki, fevralın 23-də hərracların nəticələrinə görə “Brent” markalı neftin aprel fyuçersləri 83,16 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.