Gürcüstan dünyaya daha da açılır, Azərbaycan hökuməti sağlıq deyir

Gürcüstan dünyaya daha da açılır, Azərbaycan hökuməti sağlıq deyir

Bizimkilər nə xroniki problemlərlə, nə inhisarçılıqla bağlı hansısa addım atmaq istəyirlər

2022-ci ildə Gürcüstana 5,4 mln. xarici vətəndaş səfər edib, turizm gəlirləri 3,5 mlrd. dollara yaxın olub. 2022-ci ildə Azərbaycana 1,6 mln. xarici ölkə vətəndaşı səfər edib, keçən il ölkənin turizm gəlirləri, ən yaxşı halda 1,5 mlrd. dollar olacaq (hesabatlar çıxanda dəqiq biləcəyik).

Gürcüstana dünyanın 40-a yaxın aviaşirkəti uçur, quru sərhədləri də açıqdır. Azərbaycanda hava yolu ilə sərnişin daşımasının 90%-i AZAL və BUTA-nın payına düşür, quru sərhədlər də absurd bəhanələrlə bağlıdır.

Gürcüstan hökuməti yaxın 5 ildə turist sayını 10 mln. nəfərə, bu sahədən gələn gəlirləri isə 8 mlrd. dollara çatdırmağı düşünür. Azərbaycan hökuməti də elan edib ki, 2026-cı ildə xaricdən ölkəyə gələn turist sayı 4 mln. nəfərə çatacaq, xarici turistlərdən gələn gəlir isə 3 mlrd. dolları keçəcək.

Gürcüstan hökuməti hədəflərinə çatmaq üçün ölkəni daha çox açmağı, qaydaları daha da sadələşdirməyi düşünür - məsələn, 2022-ci ildə ölkəyə 10 yeni aviaşirkət uçmağa başlayıb və 9 yeni istiqamət üzrə uçuşlar başlayıb. Bundan başqa Gürcüstan hökuməti yaxın 5 ildə hər il turizmlə məşğul olan şirkətlərə və müxtəlif yeni inftrastruktur layihələrinə 250 mln. lariyə yaxın təşviq paketi ayıracağını elan etdi.

Azərbaycan hökumətinın 2026-cı illə bağlı planları isə yaxşı sağlığa bənzəyir, çünki nə xroniki problemlərlə, nə inhisarçılıqla bağlı hansısa addım atmaq istəyir...

Müəllif: Natiq Cəfərli (ReAL Partiyası Siyasi Komitəsinin üzvü, iqtisadçı ekspert)

Mənbə: “Facebook”