Ölkədən 22,3 mlrd. kubmetr qaz ixrac olunub

Ölkədən 22,3 mlrd. kubmetr qaz ixrac olunub

Azərbaycan 2022-ci ildə qaz ixracını 18% artırıb

Ötən il Azərbaycan 22,3 mlrd. kubmetr qaz ixrac edib, bu da illik müqayisədə 18% çoxdur.

“Avronews” xəbər verir ki, bu məlumatı energetika naziri Pərviz Şahbazov açıqlayıb.

Onun bildirdiyinə görə, yanvar-dekabr aylarında qaz ixracı 18% artıb: “Avropaya 11,4 mlrd. kubmetr, Türkiyəyə 8,4 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 5,6 mlrd. kubmetr qazla təchiz edib”.