Deputatlar Rəqabət Məcəlləsini müzakirə edəcəklər
Müvafiq komitədə Rəqabət Məcəlləsinin layihəsi hazırlanacaq
Milli Məclisdə Rəqabət Məcəlləsi müzakirəyə çıxarılacaq. “Avronews” xəbər verir ki, məsələ parlamentin 2023-cü il yaz sessiyası qanunvericilik işləri planına daxil edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Rəqabət Məcəlləsinin layihəsi hazırlanacaq.