Azərbaycan yataqlarını qanunsuz istismar edən şirkətlərin adları açıqlanıb
İşğal dövründə bir sıra ölkələrin şirkətləri tərəfindən yataqlarımız qanunsuz istismar olunub
İşğal dövründə Azərbaycanın "Söyüdlü", "Vejnəli", "Dəmirli" və "Qızılbulaq" yataqlarının qanunsuz istismarı ilə məşğul olan xarici şirkətlərin adları açıqlanıb. “Avronews” xəbər verir ki, bu barədə Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev açıqlama verib.
Onun sözlərinə görə, sözügedən şirkətlər aşağıdakılardır:
Kanadanın "Sterlite Gold" LTD və "First Dynesty Mines";
İsveçrənin "Base Metals", "Vallex Group";
Rusiyanın "Geopro Mayninq Gold Company";
İsveç və Lixtenşteyndən olan sahibkarların ortaq olduğu Ermənistanın "Armenian Copper Programme";
ABŞ-ın "Global Gold";
Hindistanın "Vedanta Resourcess".