Azərbaycanda inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda inflyasiya proqnozu açıqlanıb

AMB: “Baza ssenari üzrə fərziyyələr sabit qalarsa...”

Azərbaycan Mərkəzi Bankı (AMB) 2023-cü ildə inflyasiyanın 8% civarında olacağını proqnozlaşdırıb. “Avronews” bu barədə AMB-nin rəsmi açıqlamasına istinadən xəbər verir.

“Ümumilikdə illik inflyasiya azalmaya meyil göstərsə də, onun proqnozlaşdırılan səviyyəsi hədəf göstəricisini üstələməkdə davam edir. Yenilənmiş proqnozlara görə, baza ssenari üzrə fərziyyələr sabit qalarsa, 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı gözlənilir”, - deyə qurumdan bildirilib.