Vergi borcu olanlara şad xəbər

Vergi borcu olanlara şad xəbər

Borclu vergi ödəyiciləri də hesab aça biləcəklər

Bu aydan etibarən borclu vergi ödəyiciləri də bankda hesab aça biləcəklər. Belə ki, borclu vergi ödəyicilərinin hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırıldı.

Vergi Məcəlləsinə edilən dəyişikliklərdə bu hal öz əksini tapıb. Dəyişikliklər bu ilin yanvar ayından qüvvəyə minib.

Bu məhdudiyyətinin aradan qaldırılması bir tərəfdən vergi borcu olanların iqtisadi fəaliyyətinin dəstəklənməsi, digər tərəfdən onlar üçün müəyyənləşdirilən məhdudiyyətlərin yumşaldılması məqsədi daşıyır. Çünki, bir sıra hallarda vergi borcu olanlar hesab açıb iş qura bilmədikləri üçün həmin borcu qaytarmaqda da çətinlik çəkirdilər.

Yeni dəyişiklik həm vergi borclarının ödənilməsinə, həm də biznes mühitinə müsbət təsir göstərəcək. Bu baxımdan, bu dəyişiklik mütərəqqi addımdır.

Müəllif: Vüqar Bayramov (deputat, iqtisadçı alim)

Mənbə: “Facebook”