Azərbaycan Avropaya 1000 meqavat elektrik enerjisi ixrac edəcək

Azərbaycan Avropaya 1000 meqavat elektrik enerjisi ixrac edəcək

Mircəlal Hüseynov: “Uzun illərdən sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq”

"Cəbrayıl" Enerji Qovşağı Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı, etibarlı elektrik təchizatını təmin edəcək, yaradılan meqa layihələrin tələbatını qarşılayacaq. Bu elektrik qovşağı Cəbrayıl - Naxçıvan - Ağrı (Türkiyə) yarımstansiyaları, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə edəcək”.

“Avronews” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ Regional Electrik Şəbəkəsinin direktoru Mircəlal Hüseynov deyib.

“Həmçinin bu qovşaq ixrac imkanlarını artıracaq. Uzun illərdən sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq”, - deyə o bildirib.

Hüseynovun sözlərinə görə, "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarında, o cümlədən alternativ və bərpa olunan enerji mənbələrində, həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjini Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir: “Gələcəkdə Türkiyəyə, oradan da Avropaya illik 1000 meqavat elektrik enerjisi ixrac ediləcək”.