Gələn ilin dövlət büdcəsi qəbul edildi
Parlamentdə 2023-cü ilin dövlət büdcəsi müzakirə olunub
Milli Məclisin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsi müzakirə edilib. “Avronews” xəbər verir ki, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.
Layihəyə əsasən, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 773 milyon 978 min manat, xərcləri isə 33 milyard 353 milyon 278 min manat təşkil edəcək.