AMB: Azərbaycanda inflyasiya hədəf diapazonuna yaxınlaşa bilər
“Əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədaxili inflyasiya proseslərinə təsir göstərib”
Cari ildə Azərbaycanda inflyasiya hədəf diapazonuna yaxınlaşa bilər. “Avronews” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, 2022-ci ildə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədaxili inflyasiya proseslərinə və gözləntilərə təsir göstərib.
“İlin son aylarında müşahidə edilən meyillər davam edərsə, 2023-cü ilin sonuna inflyasiya səviyyəsinin azalaraq tədricən hədəf diapazonuna yaxınlaşacağı gözlənilir”, - deyə AMB-dən bildirilib.