Gələn il üçün təhlükəli proqnoz: böhran gəlir
Növbəti 6-9 ay içərisində iqtisadi çöküş və ciddi problemlər başlayacaq
Amerikalı bankir, milyarder Jamie Dimonun fikirlərindəm ibarət maraqlı iqtisadi məqalə qarşıma çıxdı. Jamie Dimon ABŞ-ın ən böyük banklarından olan məşhur “JPMorgan Chase”in direktorudur. Bank ABŞ-ın yaranmasından bəri onun iqtisadi-siyasi sistemində dərin kök salmış Morqan ailəsinə məxsusdur. Bu ailə də Rokfellerlər kimi ABŞ-da böyük təsirə malikdir.
Dimon hesab edir ki, 2023-cü ilin ortasından etibarən ABŞ iqtisadiyyatında, dolayısıyla da bütün dünyada güclü böhran olacaq. Hazırkı vəziyyətin 2008-ci il böhranına nəzərən yaxşı olduğunu bildirsə də, növbəti 6-9 ay içərisində iqtisadi çöküş və ciddi problemlər olacağını bildirir.
Dimon buna ən əsas səbəb kimi 2 böyük amili qeyd edir:
1) FED-in inflyasiyaya qarşı yanlış həmlələrinin olması. Dimon FED-in durmadan və hər dəfə inflyasiyaya qarşı süni faiz artımlarına davam etməsinin ciddi problemlər yaradacığını qeyd edir;
2) Rusiya-Ukrayna müharibəsinin qlobal mənfi təsirlərinin olması. Dimon müharibə nəticəsində artıq Avropanın ciddi problemlərlə üzbəüz qaldığını və yaxın gedişatda bunun ABŞ-a da mənfi təsirlər edəcəyini bildirir.
Dimon qeyd edir ki, ABŞ-da inflyasiya son 40 ildə ən yüksək səviyyədədir.
Məqalənin LİNKİ
Müəllif: Ramil Həsənov (araşdırmaçı)
Mənbə: “Facebook”