Tarixdə ilk – Bir trilyon dollar zərər

Tarixdə ilk – Bir trilyon dollar zərər

Müqayisə üçün: bütün Rusiya fond bazarının kapitallaşması 0,5 trilyon dollar təşkil edir

“Amazon.com Inc.” bazar dəyərində bir trilyon dollar itirən dünyanın ilk açıq şirkəti oldu. Bu barədə “Bloomberg” məlumat yayıb.

Artan inflyasiya, sərtləşdirilən monetar siyasət və məyusedici mənfəət hesabatlarının birləşməsi bu il “Amazon” səhmlərinin tarixi satışını artırdı.

Çərşənbə günü e-ticarət şirkəti 4,3% dəyər itirərək bazar dəyərini təxminən 879 milyard dollara çatdırdı. 2021-ci ilin iyul ayında şirkətin kapitallaşması rekord həddə çataraq, 1,88 trilyon dollara çatmışdı. Və bu da o deməkdir ki, o, bir il ərzində bir trilyon dollar ucuzlaşıb.

Müqayisə üçün qeyd edək ki, bütün Rusiya fond bazarının kapitallaşması təxminən 0,5 trilyon dollar təşkil edir.

Texnologiya şirkətlərinin və digər sürətlə böyüyən firmaların səhmləri il ərzində böyük zərbə aldı. Tənəzzül qorxusu sektorda əhval-ruhiyyəni daha da zəiflətdi. ABŞ-ın beş ən böyük texnologiya şirkətinin bazar dəyəri təxminən 4 trilyon dollar azalıb.

(if24.ru)