Bakıda azyaşlılara qarşı işgəncə: cinayət işi açıldı - VİDEO
Reabilitasiya mərkəzində uşaqlara işgəncə verən iki nəfər saxlanılıb
Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsi ilə bağlı görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərin ardından Daxili İşlər Nazirliyi (DİN) araşdırmalara başlayıb.
“Avronews” DİN mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Nizami rayonunda yerləşən "Mehnur" loqopedik reabilitasiya mərkəzində baş verib. Mərkəzin psixoloqu Aytac Kazımlı və mərkəzin direktor köməkçisi vəzifəsində çalışan Səbinə Əliyarbəyli saxlanılıb.
Saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə cinayət işi başlanılıb.