İlham Əliyev İqor Levitini qəbul edib

İlham Əliyev İqor Levitini qəbul edib

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitini qəbul edib. “Avronews” bu barədə dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir.

Levitin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını İlham Əliyevə çatdırıb. Ölkə rəhbəri salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin, o cümlədən iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, nəqliyyat-infrastruktur sahələrində həyata keçirilən birgə işlərin önəmi qeyd olunub.

Söhbət zamanı ikitərəfli və regional müstəvidə nəqliyyat, tranzit, logistika, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi imkanlarının genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı məsələlər müzakirə edilib.