“Hamı məni aldatdı...”

“Hamı məni aldatdı...”

Qorxurdu ki, yaralanar və ruslara əsir düşər

Hitlerin son sözləri belə olub: “Hamı mənə yalan deyib, hamı məni aldadıb, heç kəs mənə həqiqəti söyləməyib. Silahlı qüvvələr mənə yalan məlumat verib. SS məni pis vəziyyətdə qoydu. Alman xalqı qəhrəmancasına vuruşmadı. Buna görə də məhvə layiqdir. Müharibəni mən yox, alman xalqı uduzub”.

Şahidlər yazırlar ki, bu məqamda onun sifəti qıpqırmızı qızardı, havada oynatdığı sol əli yanına düşdü. Sol ayağını yerə yaxşı qoya bilmirdi...

Həmin gecə o, əsəb sarsıntısı keçirdi. Sayıqlayırdı ki, ölümünü Berlində qarşılayacaq. Hitler özünü öldürdüyü gecə "sakitləşmişdi".

Hitler, nəhayət, anlamışdı ki, onun ulduzu sönüb və müharibə uduzulub. Deyib ki, ölümünü ağır həyatdan qurtuluş məqamı kimi gözləyir.

Hitler deyib ki, bayıra çıxa, döyüşərək barrikadalar üzərində ölmək yolunu seçə bilməz. Qorxurdu ki, yaralanar və ruslara əsir düşər.

Müəllif: Azər Rəşidoğlu (politoloq)

Mənbə: “Facebook”