Moskva İrəvanı necə cəzalandıracaq – Mümkün ssenarilər

Moskva İrəvanı necə cəzalandıracaq –

Rusiya-Ermənistan toqquşması Bakıya prosesləri öz xeyrinə dəyişmək imkanı yaradır

Rusiyanın Avropa İttifaqı (Aİ) missiyasının Ermənistanda yerləşdirilməsi ilə bağlı İrəvana göndərdiyi xəbərdarlıqda əsas diqqətçəkən məqam mesajın kifayət qədər hədələyici olmasıdır:

- Bölgədə geosiyasi qarşıdurmanın yarana biləcəyi və mövcud münaqişələrin gərginləşəcəyi qeyd olunur;

- Rusiya sərhədçilərin proseslərin inkişafına uyğun Aİ müşahidəçilərinə reaksiya verəcəyi açıq şəkildə bildirilir.

Bu, Moskvanın İrəvana qarşı ata biləcəyi mümkün addımları aktuallaşdırır və ssenarilərin üç istiqamətdə tətbiq edilə biləcəyi gözləntisini önə çıxarır.

Ermənistan daxilində proseslərin inkişafı ssenariləşdirilə bilər:

- Rus sərhədçilərin dayandığı İran və Türkiyə sərhədində qaçaqmalçılıq kimi insidentlərin intensiv baş verəcəyi istisna deyil və bu kimi hallarla Moskva ermənilərə mövcudluğunun nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirəcək;

- Aİ missiyasının Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığını isbatlamaq üçün müşahidəçilərlə gərginlik yaradıla bilər.

Sərhəddə mümkün eskalasiyanın təşkili:

- Moskvanın Aİ missiyası haqqında “mövcud münaqişələri daha da gərginləşdirəcək” xəbərdarlğı ilə Azərbaycanla sərhəddə baş verən toqquşmaları nəzərdə tutduğu istisna deyil: erməni ordusu daxilindəki qüvvələrin əli ilə sərhəddə Azərbaycana qarşı təxribatlar törədə və Bakının adekvat cavabına zəmin yarada bilər. Bu ssenarinin baş verməsi Ermənistan üçün ağır nəticələr vəd edir;

- Bakının sərhədin delimitasiya üzrə mümkün praktiki addımlarına neytral mövqe sərgiləyə bilərlər.

Qarabağda Azərbaycanın məcburetmə addımlarına şərait yarada bilər: erməni qoşunların çıxarılması istiqamətində müəyyən gedişlərin edilməsi ilə bundan həm üçtərəfli razılaşmanın icrasında irəliləyiş, həm də regional proseslərdə Bakının dəstəyini qazanmaq üçün istifadə edə bilər.

Mövcud vəziyyətdə Moskva-İrəvan toqquşması Bakıya prosesləri öz xeyrinə dəyişmək imkanı yaradır.

Müəllif: Asif Nərimanlı (siyasi şərhçi)

Mənbə: “Facebook”