Azərbaycanda mühüm Zirvə Görüşü keçiriləcək
Bakı Qoşulmama Hərəkatının toplantısına ev sahibliyi edəcək
Azərbaycanda Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşü keçiriləcək. “Avronews” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev noyabrın 25-də “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda açıqlama verib.
“Gələn il yazda biz Azərbaycanda Qoşulmama Hərəkatının növbəti Zirvə Görüşünü keçirməyi planlaşdırırıq”, - deyə dövlət başçısı bildirib.