Dağıstanda anti-səfərbərlik aksiyası: sakinlər yolu bağlayıblar

Dağıstanda anti-səfərbərlik aksiyası: sakinlər yolu bağlayıblar

Polis havaya atəş açaraq etirazçıları dağıtmağa çalışıb

Dağıstanın Xasavyurt rayonunun Endirey kəndinin sakinləri yanlış səfərbərliyə etiraz edərək federal magistral yolu bağlayıblar. Yayılan kadrlarda onlarla yerli sakinin küçələrə necə çıxdığı əks olunub. Polis havaya atəş açaraq etirazçıları dağıtmağa çalışıb.

Yerli sakinlərin sözlərinə görə, buna səbəb hərbi komissarların ordudan yeni qayıtmış gənclərə çağırış vərəqəsi verməsi olub. Hazırda bu məlumatın rəsmi təsdiqi yoxdur. Bölgə səlahiyyətlilərinin şərhləri də verilmir.

Bundan əvvəl Müdafiə Nazirliyində ümumi yığıncaq keçirərək hərbi komissarlıqları “hamını ayrı-seçkilik etmədən” səfərbər etdiklərinə görə tənqid edib, onları hər bir çağırışa ayrıca baxmağa məcbur ediblər. Bu, ona görə lazımdır ki, əlil, yaşlı insanlar və digər hərbi xidmətə çağırılmayanlar səfərbərliyə düşməsinlər.

(lenta.ru)