BMT-dən Çinə: “Uyğurlara qarşı zorakılığa son!”
“Bu cür hərəkətlər insanlığa qarşı cinayətlər sayıla edə bilər”
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Çin hakimiyyətini uyğurların və əsasən müsəlman olan digər icmaların nümayəndələrinin hüquqlarını ciddi şəkildə pozmaqda ittiham edir.
“Məcburi müalicə və pis saxlanma şəraiti də daxil olmaqla, işgəncə və ya pis rəftar iddiaları, həmçinin cinsi və gender əsaslı zorakılığın təcrid olunmuş halları ilə bağlı iddialar etibarlıdır”, - deyə Komissarlığın hesabatında bildirilir.
Vurğulanır ki, bu cür hərəkətlər beynəlxalq cinayətlər, xüsusən də insanlığa qarşı cinayətlər təşkil edə bilər.
Çinin BMT-dəki daimi nümayəndəliyi isə bildirib ki, Ali Komissarlıq “Çinə şər və böhtan atıb”. Bəyanata görə, Sinsizyan bölgəsində hakimiyyət hamının qanun qarşısında bərabərliyi prinsipindən çıxış edir və onların siyasətinin “ayrı-seçkiliyə əsaslanması” ilə bağlı ittihamlar əsassızdır.
Avqustun 31-də BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının rəhbəri postunu tərk edən Mişel Baçelet mayda Çində olub və ölkə rəhbərliyinə Çinin Sinsizyan-Uyğur Muxtar Bölgəsindəki vəziyyətdən narahatlığını bildirib.
(Euronews)