Təhlükəli maddə yoxa çıxıb: “Qorxuruq ki, kimsə ona toxunar...”
Avstraliya hökuməti yoxa çıxmış təhlükəli kapsulu axtarır
Avstraliya hakimiyyəti yüksək radioaktiv sezium-137 kapsulunu axtarır. “Rio Tinto” mədən şirkətinə məxsus yük maşını ölkənin qərbində səhra magistralının 1,4 min km uzunluğunda olan hissəsində daşınarkən onu itirib.
Bildirilir ki, hər hansı canlı bu maddəyə bir metr məsafədən məruz qalarsa, bir saatlıq şüalanması 10 rentgenə bərabər olar. Onunla uzun müddət təmasda olmaq dəri yanıqlarına, kəskin şüa xəstəliyinə və xərçəngə səbəb ola bilər.
“Qorxuruq ki, kimsə bunun nə olduğunu bilmədən götürsün, “ah, maraqlı bir şeydir” deyə düşünsün. Saxlayıb otağına, maşınına qoya, nə olduğundan şübhələnmədən başqasına verə bilər. Ona görə də bizim vəzifəmiz ictimaiyyətin diqqətini buna yönəltməkdir”, - deyə şirkətdən bildirilib.
Yanvarın ortalarında Pilbara bölgəsindəki şaxtadan Pert şəhərinə, ölçüsü 6 mm-dən 8 mm-dək olan xüsusi konteynerdə sezium kapsulu daşınıb, ancaq bu yaxınlarda yoxa çıxdığı məlum olub.
(Euronews)