Rus raketlərinə qarşı hava şarları

Rus raketlərinə qarşı hava şarları

Bu, fantastika kimi səslənir, lakin...

“Politico” jurnalı yazır ki, ABŞ Müdafiə Nazirliyi indi yeni plan üzərində işləyir. Departamentin məlumatına görə, bu plan Rusiya və Çinin hipersəs silahlarına qarşı mübarizə aparacaq.

Jurnalistlərin fikrincə, o, hava şarları üzərində qurulacaq. Pentaqon onlardan geniş müşahidə sisteminin bir hissəsi kimi, gələcəkdə isə hipersəs raketlərinin aşkarlanması vasitəsi kimi istifadə etmək istəyir. Hava şarları stratosferdə yerləşəcək və funksionallıq baxımından daha bahalı peykləri əvəz edəcək.

Belə bir fikir daha çox elmi fantastika kimi səslənir. Lakin ABŞ Müdafiə Nazirliyinin büdcə sənədləri texnologiyanın artıq Pentaqonun elm sektorundan hərbi xidmətə keçdiyini anlamağa kömək edir.

Son bir neçə il ərzində layihəyə təqribən 3,8 milyon dollar xərclənib və 2023-cü maliyyə ili üçün 27,1 milyon ABŞ dolları məbləğində investisiya planları var.

Birləşmiş Ştatlar artıq üç dəfə AGM-183A hipersəs raketinin sınağını uğurla həyata keçirə bilməyib. Keçən həftə isə “Convensional Prompt Strike” proqramı çərçivəsində keçirilən sınaq uğursuzluqla başa çatıb.

(www.live24.ru)