Arestoviç istefa verib
“Sivil davranış mədəniyyətini göstərmək istəyirəm”
Ukrayna Prezident Administrasiyası rəhbərinin müşaviri Aleksey Arestoviç vəzifəsindən ayrılıb. “Avronews” xəbər verir ki, o, bu barədə “Facebook” hesabında paylaşım edib.
“Sivil davranış mədəniyyətini göstərmək istəyirəm: prinsipial səhv, istefa deməkdir”, - deyə o yazıb.
Xatırladaq ki, Aleksey Arestoviç Rusiya ordusunun Dnepr şəhərində çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirməsi ilə bağlı yanlış məlumat verdiyi üçün tənqidlərə məruz qalmışdı.