Rus ordusunun üçüncü şəxsinin milyardları aşkarlandı

Rus ordusunun üçüncü şəxsinin milyardları aşkarlandı

Şoyqunun müavininin övladları nəhəng sərvətə sahiblərmiş

Rusiya Federasiyası müdafiə nazirinin müavini Ruslan Tsalikovun ailəsi 4,3 milyard rubl dəyərində əmlaka sahibdir. Müxalif siyasətçi Aleksey Navalnının komandasının araşdırmaçılarının müəyyən etdiyinə görə, Tsalikovun dörd yetkin uşağı öz şirkətləri vasitəsilə torpaq sahələrinə və ofis sahəsinə sahibdirlər.

Belə ki, “Rosreestr”-in məlumatına görə, müdafiə nazirinin müavininin qızları Yelizaveta və Yuliya Moskvada biznes mərkəzində 132 milyon rubl dəyərində bir qeyri-yaşayış sahəsinə, həmçinin, ümumi dəyəri 85 milyon rubl olan bir neçə ofisə sahibdirlər.

Tsalikovun oğulları Daniel və Zaur keçən il öz şirkətləri vasitəsilə Moskva vilayətində hər biri 260 milyon rubla iki torpaq sahəsi alıblar, bundan sonra onlardan biri, demək olar ki, dərhal yenidən satılıb. Onların Moskvada hər biri 400 milyon rubl dəyərində ofis sahəsi də var.

Navalnının komandasının nümayəndələri Tsalikovun övladlarının belə daşınmaz əmlak almaq üçün qanuni gəlirlərinin olmadığını qeyd edərək, nazir müavinini korrupsiyada ittiham ediblər. Navalnının komandası onu da xatırladıb ki, hələ 2019-cu ildə Ruslan Tsalikovun Rublyovkanın Razdorı kəndində evi olan torpaq sahəsi tapılıb.

İndi bu obyektin dəyəri, deyildiyi kimi, 3,5 milyard rubl təşkil edir. 2019-cu ildə Navalnının komandası onu 950 milyon rubl dəyərində qiymətləndirib. Daha sonra Rusiya Federasiyasının Müdafiə Nazirliyi saytın torpağın dəyərinin qiymətləndirilməsinin reallığa uyğun olmadığını bildirdmişdi.

(DW)