“Lavrovun Azərbaycana səfəri yaxşı fürsət olacaq” - BAYRAMOV

“Lavrovun Azərbaycana səfəri yaxşı fürsət olacaq” -

XİN başçsı: “Gündəlik olaraq Rusiya sülhməramlı kontingenti ilə əlaqədəyik və bilirik ki, orada nə baş verir”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənilir. Müəyyən məsələlər var ki, onlar vaxtaşırı müzakirə etmək lazımdır. Bu görüş yaxşı fürsət olacaq. Görüşlər zamanı həm ikitərəfli münasibətlər, həm də regional məsələlər müzakirə ediləcək”.

“Avronews” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir Qarabağdakı Rusiya sülhməramlıları ilə bağlı da açıqlama verib: “Biz gündəlik olaraq Rusiya sülhməramlı kontingenti ilə əlaqədəyik və bilirik ki, orada nə baş verir. Dekabrın 12-dən bu günə qədər Laçın-Xankəndi yolundan 3000-dən artıq nəqliyyat vasitəsi maşın keçib. Bu maşınların böyük əksəriyyəti sülhməramlılara məxsus yük maşınlarıdır”.