Xankəndidə mitinqlər başlayır – Separatçılar narahatlıq içində

Xankəndidə mitinqlər başlayır –

“Artıq heç nə məndən asılı deyil, ona görə də daha bizə arxayın olmayın”

Deyəsən, qondarma “DQR” qalığının rəhbəri Arayik Aryutunyanın başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfəri separatçıların gözlədiyi kimi alınmayıb və onlar suyu süzülə-süzülə hələlik işğal altında olan Xankəndiyə geri qayıtmalı olublar.

Ermənistanın “Past” qəzeti yazır ki, “yaxın günlərdə Stepanakertdə yeni mitinq və nümayiş dalğası gözlənilir”. Bu, nəşrin yazdığına görə, “Artsax” nümayəndə heyətinin üzvlərinin Ermənistandan Xankəndiyə çox məyus halda qayıtması ilə bağlıdır.

Qəzet iddia edir ki, İrəvanda görüş zamanı Baş nazir Nikol Paşinyan onlara açıq şəkildə deyib ki, “artıq heç nə məndən asılı deyil, ona görə də daha bizə arxayın olmayın”.

Xatırladaq ki, separatçıların nümayəndə heyəti İrəvanda Nikol Paşinyanla görüşüb və rəsmi məlumatlara inansaq, tərəflər Baş nazirin Praqa səfərinin nəticələrini müzakirə ediblər.

(Armeniatoday)