Borçalı türklərini didərgin salmağa çalışırlar
Bu, farsların Cənubi Azərbaycanda törətdiyinə bənzəyən mənfur bir siyasətdir
İvanişvili Borçalını planlı şəkildə, tədricən dağıdır. 5-6 ilə oranı səhraya çevirəcək və əhalini köçə məcbur edəcək. Bolnisidə qızıl-filan çıxarılmır. Təbii ki, dövlət üçün o qədər də əhəmiyyəti olmayan bir şey çıxarılır.
Amma əmin ola bilərsiniz ki, məqsəd dövlət maraqları, mənafeləri deyil. Və əgər bu yeraltı merət Gürcüstanın başqa bölgəsində olsaydı, ona toxunan olmayacaqdı.
Çox çalışdılar ki, əhalini oradan qovsunlar, alınmadı. İndi belə bir yaramaz əmələ əl atıblar. Təbiəti dağıdır, insanı nəfəs almaq, qidalanmaq imkanından məhrum buraxırlar.
Bütün Borçalı ayağa qalxmalı və təbiətimizə qarşı bu acımasız soyqırıma qarşı durmalıdır. Bu, farsların Urmu gölünü qurutmaqla oradakı 15 milyon əhalini köçə zorlamaq siyasətinə bənzəyən mənfur bir siyasətdir. Nə qədər gec deyil, qarşısı alınmalıdır.
Müəllif: Xaləddin İbrahimli (politoloq)
Mənbə: "Facebook"