Stop eko terror!
Aksiya iştirakçıları fləşmob keçiriblər
Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların, QHT təmsilçilərinin keçirdikləri etiraz aksiyası davam edir. “Avronews” aksiya iştirakçılarına istinadən xəbər verir ki, etirazçılar gecədən səhərədək ekoloji terrora son qoyulması tələbi ilə şüarlar səsləndiriblər.
Onlar fləşmob təşkil edərək, yanan şamlarla “Stop eko terror” şüarı yazıblar.
Şüarlarda Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələbi də irəli sürülüb.
Qeyd edək ki, dekabrın 12-də başlayan aksiyaya ictimai dəstək getdikcə artır. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyanı davam etdirəcəklərini bildirirlər.