Rusiya XİN: Həm Azərbaycan, həm də Ermənistanla...
“Üçtərəfli bəyanatlar Azərbaycan-Ermənistan normallaşması üçün etibarlı zəmindir” - Zaxarova
Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesində Rusiya üçtərəfli sazişlərin bütün spektrinə əsaslanır. “Avronews” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə açıqlama verib.
Onun sözlərinə görə, üçtərəfli bəyanatlar bu prosesin inkişafı üçün etibarlı zəmin təşkil edir: “Rusiya vasitəçi kimi öz funksiyasını səmərəli yerinə yetirməyə çalışır. Biz həm Ermənistan, həm də Azərbaycanla müttəfiq öhdəliklərimizlə bağlı olduğumuzu nəzərə alırıq, buna görə də vasitəçi kimi biz həmişə bu funksiyanı səmərəli yerinə yetirməyə imkan verən mövqe tuturuq. Ümid edirəm ki, Ermənistan bundan xəbərdardır”.