Rəsmi açıqlama: “Cəsədlərin sonradan qoyulmasından söhbət gedə bilməz”
Ermənistanın Edillidəki kütləvi məzarlıqla bağlı iddiaları təsdiqini tapmır
“Ermənistan Xocavəndin Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıqdakı meyitlərin guya Azərbaycan tərəfindən sonradan qoyulduğunu və kütləvi qətliam törətmədiklərini iddia edib. Lakin sümüklə torpağın qarışığına nəzər salsaq, görərik ki, onların sonradan qoyulmasından söhbət gedə bilməz”.
“Avronews” xəbər verir ki, bu açıqlamanı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov verib.
“Sadəcə olaraq qalıqların hamısının üstü təmizlənib və eləcə saxlanılıb. Qalıqlar bu gün, ya sabah götürüləcək. Məhkəmə tibbi-ekspertizası ayrı-ayrılıqda aparılacaq. 10-15 gün məhkəmə ekspertizası, bir o qədər də genetik araşdırma çəkəcək”, - deyə o bildirib.