“Azərbaycan səfirliyinə qarşı terroru şiddətlə qınayırıq” – QDİƏT

“Azərbaycan səfirliyinə qarşı terroru şiddətlə qınayırıq” –

Daimi Beynəlxalq Katiblik: “Terror aktına görə məsuliyyət daşıyanların tez bir zamanda ədalət qarşısına çıxarılacağına ümid edirik”

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Tehranda Azərbaycan səfirliyinə edilmiş terror hücumu ilə bağlı bəyanat yayıb. “Avronews” xəbər verir ki, bəyanatda deyilir:

“Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Daimi Beynəlxalq Katibliyi 2023-cü il yanvarın 27-də Tehranda Azərbaycan səfirliyinə bir əməkdaşın qətlə yetirilməsi, bir neçə nəfərin yaralanması ilə nəticələnən terror hücumunu şiddətlə qınayır. Daimi Beynəlxalq Katiblik həlak olanın ailəsinə, Azərbaycan hökuməti və xalqına dərin hüznlə başsağlığı verir və yaralılara sürətlə sağalmalarını arzu edir.

Diplomatik missiyalara hücumlar tamamilə qəbuledilməzdir. Daimi Beynəlxalq Katiblik zorakılıq və terrorçuluğun istənilən təzahürünü rədd edir və bu terror aktına görə məsuliyyət daşıyanların tez bir zamanda ədalət qarşısına çıxarılacağına ümid edir”.