Qadınların ictimai həyatda iştirakçılığına dəstək
“İctimai iştirakçılıq bacarıqları” mövzusunda qadınlar maarifləndirilir
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Qadınların ictimai həytada iştirakçılığının genişləndirilməsi" layihəsini icra edir. Layihənin əsas məqsədi Azərbaycanda qadınların icma, yerli idarəetmə səviyyəsində qərarların qəbulunda iştirakı və təsrinin genişləndirilməsidir.
Layihəin icra müddəti ərzində “İctimai iştirakçılıq haqqında” qanunda nəzərdə tutulan ictimai iştirakçılıq formalarının praktikada tətbiqi ilə bağlı mexanizmlərin izahı, ictimai iştirakçılıq nümunələri ilə bağlı bilik və bacarıqlar öyrədiləcək. Təlimlər “Demokratiyanı öyrənmə” İB sədri Mirəli Hüseynov və “Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Hafiz Həsənov tərəfindən keçirilir. Hər təlimdə 15 nəfərə yaxın iştirakçı iştirak edir.
Layihə fəaliyyətlərinin icrası regionda ictimai şuralarda qadınların rolunun artırılamasına, bölgələrdə qadınların ictimai həyatda iştirakçılığının genişləndirilməsinə, gənc xanımların ictimai fəallığının artırılmasına çıxaracaq.