İyirmi Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

İyirmi Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

Geri qəbul prosesi pandemiya ilə əlaqədar müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirilib

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 15 dekabr tarixində 20 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

“Avronews” bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə əlaqələr idarəsinə istinadən xəbər verir.

Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

DMX bildirir ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.