Azərbaycan Ordusunun hərbçisi həlak olub
Müdafiə Nazirliyi hərbi qulluqçunun yaxınlarına başsağlığı verir
Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş yol qəzası nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.
“Avronews” bu barədə Müdafiə Nazirliyinin rəsmi açıqlamasına istinadən xəbər verir.
“Nazirliyin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!”, - məlumatda qeyd edilib.