Vardanyanın görünməyən üzü: “Mən məcburi seçiməm”
Ortada tipik erməni xislətindən daha təhlükəli bir oyun var
Qarabağ separatizminin başına gətirilən Ruben Vardanyan faktoru, tam da analitiklər şərh etdiyi kimi, hayları mübarizəyə və ya müharibəyə mütəşəkkil hazırlamaq, etiraz, iqnor siyasətini bir ağızdan dəstəkləmək üçün deyil! Doğrusu, bütün bu təfərrüat sadəcə bir zamanadək əsas məqsədi pərdələmək üçündür.
Əsas məqsəd isə, Qarabağ ermənilərini durum olaraq amorf da olsa, bir subyekt, bir tərəf halına gətirib, danışıqlar masasına oturmaqdır. Diqətli olmağımız lazımdır, çünki bu, geniş münaqişə və yeni müharibədən də çox təhlükəli bir tendesiyadır. Görduyum və izlədiyim bütün rus-erməni özəl seqmentləri də məhz pərdəarxası bu yolu işarə edir.
Yəni onlar nə bu gün, nə sabah, nə də nə vaxtsa Azərbaycanla açıq yeni müharibəyə qalxacaq qədər sadəlövh vı hərifdirlər. Yən bütün bu son dövr provokasiyaları və gərginlik məhz Qarabağ erməni kimliyini qabartmaq, Ermənistan faktorunu daha loyal, bir az da, guya neytral bir mövqeyə cəkməklə, Qarabağ haylarının subyektiv görünsə də, mövqelərini qaçılmaz reallıq kimi ortaya qoymaqdır.
Bu arada, o haylar bizim vətəndaşlardır və bu reallığı qəbul etsələr, bütün vətəndaşlıq imtiyazlarından faydalanacaqlar. Bu kimi konstitutsion, insani, ədalətli və humanist fikrimizi də erməni üstağılı öz xeyrinə yanlış yönəldir. Yəni: tamam, buyurun, Ermənistanı qatmayın, oturun masaya, Qarabağ erməniləri ilə anlaşın...
O da aydındır ki, “oturun, anlaşın” deyərkən, öncə oradakı 20-30 min erməniylə anlaşma nəzərdə tutulmur və bu, faktiki mümkünsüzdür. Demək ki, masaya oturacaq birisinə ehtiyac var. Həm də bu gün Qarabağ separatcıları adından üz-üzə oturacaq bir lider də yoxdur - məlum kecmişləri səbəbindən!
Hə, tam da bu vəziyyətdə Ruben Vardanyanın ilk bəyanatındakı bir cümlənin təsadüf olmadığı üzərində dayanıram. O, Rusiya vətəndaşlığından imtina edib, “Qarabağa köçürəm” deyərkən, sözarası "mən bu münaqişədə ciddi bir şeylərə bulaşmamışam" kimi ifadəsi vardı. Bu, “baxın, yeri-zamanı gələndə tam da masaya oturası məcburi seçim mənəm” deməkdir!
Və bütün bu xüsusatlar erməni xislətinin nə qədər məkrli, hiyləgər, təhlukəli olduğuna işarədir. Qısası, durum göründüyü qədər bəsit erməni xarakterik kaprizi deyil – bu, daha həssas oyundur!
Müəllif: Hüquqşünas Vüqar Goran (Adıgözəlov)
Mənbə: "Facebook"