Türk dövlətlərinin toplantısı başladı

Türk dövlətlərinin toplantısı başladı

TDT Xarici İşlər Nazirləri Şurasının iclasına start verilib

Səmərqənddə Özbəkistanın sədrliyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb. “Avronews” xəbər verir ki, tədbirdə TDT-nin Baş katibi, Azərbaycan, Özbəkistan,Qazaxıstan, Qırğızıstan, Türkiyə, Macarıstan və Türkmənistanın xarici işlər nazirliklərinin rəsmiləri iştirak edirlər.

Tədbir iki gün davam edəcək.

Qeyd edək ki, TDT liderlərinin Birinci Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevn və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir.