Azərbaycan Prezidenti Qırğızıstanda

Azərbaycan Prezidenti Qırğızıstanda

Hava limanında İlham Əliyevi Sadır Japarov qarşılayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğız Respublikasına dövlət səfərinə gedib. “Avronews” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Hava limanında dövlət başçısını Qırğızıstan Prezidenti Sadır Japarov qarşılayıb.