Ukrayna ordusu Rusiyanın 600 km dərinliklərini vurur
Fakt təsdiqləyir ki, aerodromda vacib obyekti vurmaq mümkün olub
Rusiya strateji aviasiyasının Engels aerodromuna Ukrayna tərəfindən növbəti dron hücumu həyata keçirilib.
Rusiya tərəfinin "dronlar vurulub, amma yerə düşən qalıqları 3 hərbçinin ölümünə səbəb olub" açıqlaması təsdiqləyir ki, aerodromdakı hansısa vacib obyekti vurmaq mümkün olub.
Engels aerodromu (Saratov vilayəti) Ukrayna sərhədindən 600 km məsafədə yerləşir. Dekabrın 5-də də buraya hücum təşkil olunmuşdu.
Cəbhədə - Luqansk vilayətinin Kremennaya və Svatovo şəhərləri istiqamətlərində də Ukrayna ordusunun ciddi uğurları var.
Müəllif: Şahin Cəfəli (politoloq)
Mənbə: “Facebook”