“Sülh səylərinin intensivləşdirilməsini müzakirə etdik” – MİŞEL
Aİ Şurasının Prezidenti dünən Praqada keçirilən görüşü şərh edib
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşü şərh edib.
“Avronews” xəbər verir ki, o, bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.
“Praqada Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Fransa Prezidenti ilə gərginliyin davamlı azaldılmasını və Avropa İttifaqının dəstəkləməyə hazır olduğu sülh səylərinin intensivləşdirilməsini müzakirə etdik”, - deyə paylaşımda bildirilir.