Rusiya Dövlət Dumasının sədri Bakıdadır
Vyaçeslav Volodin bir sıra rəsmi şəxslər tərəfindən qarşılanıb
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin sentyabrın 26-da Azərbaycana rəsmi səfərə gəlib. “Avronews” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyaçeslav Volodini Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
Qeyd edək ki, 2020-ci il sentyabrın 23-də Moskvada Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə Milli Məclisin sədri Sahibə Qafarova arasında görüş keçirilib. O, daha əvvəl 2018-ci il iyunun 24-25-də Azərbaycanda rəsmi səfərdə olub.