Prezident: “Dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərilir”
“Azərbaycanın İsraildə səfirliyinin açılması bu əlaqələrin inkişafına böyük töhfə verəcək” - Əliyev
Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir. Azərbaycanın İsraildə səfirliyinin açılması bu əlaqələrin inkişafına böyük töhfə verəcək.
“Avronews” xəbər verir, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də Münhendə Avropa Ravvinləri Konfransının prezidenti Pinhas Qoldşmit ilə görüşündə səsləndirib.
“Dövlətimiz tərəfindən yəhudi icmasına daim dəstək göstərilir, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlər görülür. Bu, minilliklər boyu Azərbaycan xalqının həyat tərzi olub”, -deyə Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan ilə İsrail arasında tərəfdaşlıq və dostluq əlaqələri müxtəlif sahələrdə uğurla inkişaf edir. Prezident Azərbaycanın İsraildə səfirliyinin açılmasının bu əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.