“Ermənistan yalan məlumatlar yayır” – ƏLİYEV
Prezident: “Təbii sərvətlərimizin qanunsuz istismarı Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olur”
Yanvarın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşüb. “Avronews” xəbər verir ki, görüşdə dövlət başçısı Azərbaycanın Laçın-Xankəndi yolunda cərəyan edən son hadisələr barədə məlumat verib, Ermənistanın yolun guya blokadada olması barədə yalan məlumatlar yaydığını və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışdığını bildirib.
Əliyev Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarının Azərbaycan ictimaiyyətinin və vətəndaş cəmiyyəti təşkilatlarının haqlı narazılığına səbəb olduğunu qeyd edib. Hazırda yolda Rusiya sülhməramlılarının, Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə lazımi humanitar yüklərin, mülki şəxslər və mülki təyinatlı yüklərin sərbəst keçidinin təmin edildiyi diqqətə çatdırıldı, kriminal ünsürlərin həmin ərazilərdən çıxarılmasının vacibliyi bir daha vurğulayıb.