Diqqət: Türkiyə zəlzələsi ilə bağlı saxta görüntülər yayılır

Diqqət: Türkiyə zəlzələsi ilə bağlı saxta görüntülər yayılır

Bir milyon dəfədən çox baxılan məşhur videoda nə qədər binanın dağıldığı göstərilir, halbuki...

Türkiyə və Suriyada dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün işlər davam edir. Bu arada, “The Cube” proqramının yaradıcıları sosial şəbəkələrdə fəlakətin iddia edilən nəticələri ilə bağlı tamamilə əlaqəsi olmayan və çaşdıran çoxlu sayda narahatedici materialın göründüyünü aşkar etdilər.

Belə ki, “Twitter”də milyon dəfədən çox baxılan ən məşhur videolardan birində nə qədər binanın yerə yıxıldığı göstərilir və bunu Türkiyədə baş verən zəlzələ ilə əlaqələndirirlər. Bu video əslində 2021-ci ilə aiddir və 98 nəfərin ölümünə səbəb olan “Surfside Florida” kondominiumunun çökməsidir.

Zəlzələdən sonra Türkiyə sahillərində sunaminin baş verdiyini iddia edən videonun da saxta olduğu ortaya çıxdı - bu, 2017-ci ilə aiddir və əslində Cənubi Afrikadakı mini sunamidir.

Evin xarabalıqları arasında ağlayan oğlanın geniş tirajlanan şəkli, sən demə, səhnələşdirilmiş fotosessiyaya imiş, amma orginal foto kimi satılır.

(Euronews)