Azərbaycan koronavirus daha 3 can alıb
Son sutkada COVID-19-a yeni yoluxma halları qeydə alınıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 116 nəfər müalicə olunaraq sağalıb.
“Avronews” Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 300 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 816 763 nəfər müalicə olunaraq sağalıb, 10 045 nəfər vəfat edib, aktiv xəstə sayı 492 nəfərdir.
Ölkədə son sutka ərzində 2 106, hazırkı dövrədək isə 7 455 670 test aparılıb.