“Nəticə əldə olunana qədər Laçın-Xankəndi yolunda aksiyalar davam edəcək”
Hikmət Əlizadə: “Aksiyaçılar ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər”
“İşğaldan azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulması istiqamətində hər hansısa bir irəliləyiş yoxdur. Bunun üçün ictimai fəallar tərəfindən aksiya keçirilir”.
“Avronews” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.
“Aksiyaçıların tələbləri çox normaldır. Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər. Düşünürəm ki, nəticə əldə olunana qədər aksiyalar davam edəcək”, - deyə o bildirib.